"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “On dörd iclasda 84 qərar qəbul edilmişdir”

--2023-02-17 / 05:30

“2022-ci il ərzində bələdiyyənin 14 iclası keçirilmiş və protokollaşdırılmışdır. iclaslarda əsasən bələdiyyə büdcəsinə yerli vergi və ödənişlər üzrə yaranmış borcların ödətdirilməsinin təmin edilməsi məqsədilə “pul tələbinin ödənilməsiilə bağlı inzibati aktlar”ın qəbul edilməsi, təmir-tikinti və abadlıq-quruculuq işlərinin görülməsi, ayrı-ayrı cəmiyyətlərin və vətəndaşların müraciətləri nəzərə alınaraq, maddi və maliyyə yardımlarının göstərilməsi, ağacların götürülməsi, bayramlarda şəhid, qazi ailələrinə, əlillərə və kimsəsizlərə bayram payı və maddi yardımlar göstərilməsi və s. məsələlərlə bağlı 84 qərar qəbul edilmişdir”- bu fikirləri Belediyye.infoya Binəqədi rayonu M.ə.Rəsuzladə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib. Sədr qeyd edib ki, qəbul edilən qərarların hər biri vətəndaşın sosial-rifah halının yaxşlaşdırılması məqsədi daşıyıb.

Sədrin sözlərinə görə, hesabat dövrü ərzində 330-u ərizə, 18-i isə şikayət olmaqla cəmi 348 vətəndaş müraciəti daxil olmuşdur. Vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq baxılmış və 249-u müsbət həll olunmuş, 46-na müvafiq izahat verilmiş, 53-ü aidiyyəti üzrə göndərilmişdir.

2022-ci ildə M.ə.Rəsuzladə bələdiyyəsində ümumlikdə 1.281 vətəndaş qəbulda olmuş, o cümlədən sədr tərəfindən 327 nəfər qəbul edilmişdir. Vətəndaşlar əsasən vergi ilə bağlı məsələləri, torpaq məsələləri, maddi yardım göstərilməsi, asfalt vurulması, kanalizasiya xəttinin çəkilməsi, ağacların götürülməsi və ya budanması və s. məsələlərlə bağlı müraciət etmişlər. Qaldırılan məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılmış, əks halda yazılı şəkildə təqdim olunmuş müraciət qeydiyyata alınaraq qanunamüvafiq qaydada baxılmaqla cavablandırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR